Kiraye Evler 2024

Kirayə Ev Elanları üçün Saytlar – 2024

News & Updates

Azərbaycanda daim inkişaf edən ev alqı satqısı saytlarıkirayə ev elanları saytları və hər saytın özəllikləri haqqında bu yazımızda oxuya bilərsiniz.

Ev alqıs satqısı və ya kirayə evlər saytlarında bəzən ev axtarıb tapmaq yorucu olur. Evə baxdıqdan sonra əlaqədar şəxs ilə əlaqə yaratmaq, daha sonra görüşüb evə baxmaqda bir başqa problemdir. Yeni əmlak tapmaq çoxlu vaxt alan bir prosesdir.

Əgər sizdə 2024 -cü ildə son daşınmaz əmlak elanlarına yəni ev alqi-satqisi və kiraye evler elanlarını axtarırsızsa aşağıdakı saytlardan faydalana bilərsiz.

Emlaktap.az – Kirayə evlər və Ev alqı-satqı elanları

Emlaktap.az saytında kirayə evlər və ya ev alqı-satqısı elanı tapmaq çox asandır. Saytın çox rahat dizaynı var və bu sayt sizə axtarışa abunə olmaq imkanı yaradır. Yəni, kirayə və ya satış üzrə axtarış verdikdən sonra e-mail ünvanınız ilə axtarışa abunə olun. Sayta yeni elan daxil olduqda elanlar haqqında məlumat bir başa e-mail ünvanınza göndəriləcək. Həmçinin saytdan bir başa elan verən şəxslərin WhatsApp-na yazmaq mümkündür.

Bina.az ev alqı-satıqısı və kirayəsi elanları

Bina az saytı Azərbaycanda ən çox ziyarət edilən saytlardan biri olmaqla yanaşı daim inkişaf edən daşınmaz əmlak portalıdır. Bina.az saytı bu yaxınlarda mobil dizaynına dəyişiklik edərək istifadəçilərini bir daha sevindir və əmlak axtarışını bir az daha rahat etdi. Bu saytı hər gün təqribən 40.000-60.000 istifadəçi ziyarət edir. Bina.az saytında daha çox maklerlər və daşınmaz əmlak agentləri elanlarını yerləşdirirlər. Saytın başqa bir özəlliyi yaşayış komplekslərinin axtarışıdır.

Yeniemlak.az daşınmaz əmlak elanları yeni kirayə evlər

Yeniemlak az saytı AzNetin ilk daşınmaz əmlak elanları saytıdır. Bu sayta hər gün yüzlərlə yeni kirayə ev elanları əlavə edilir. Saytda daha çox daşınmaz əmlak agentlər və ev sahibləri elan verir. Yeniemlak.az saytının interfeys dizaynı rahat olmasada sayt öz popularlığını qoruyur. Bu saytı kompyuter ilə ziyarət edib kirayə ev axtarsanız sizə daha rahat olar.

Evelani.az yeni daşınmaz əmlak elanları bir ünvanda

Evelanı az saytının özünə məxsus rahat dizaynı var. Saytın dizaynı olduqca müasir və rahatdır. Azərbaycanda daşınmaz əmlak bazarına bu sayt xüsusi bir yenilikdə gətirib əmlakın 360 dərəcə videosu. Bu xidmətdən faydalanaraq evinizin 360 dərəcəlik video görüntüsünün çəkilişini sifariş verə bilərsiniz. Həmçinin evelani.az saytında xəritədə əmlak axtarışı digər saytlarla müqaisədə daha rahatdır.

Arenda.az – Daşınmaz Əmlak və Ev Alqısı saytı

Saytın kompyuter versiyasının dizaynı çoxda ürəy açan olmasada arenda.az-ın mobil versiyada saytdan istifadə nisbətən daha rahatdır. Bu saytın özəlliyi sayta əlavə edilən elanlar və aktivliyindədir. Sayt geniş daşınmaz əmlak axtarışı funksionallığı ilə də seçilir.

Kub.az – Agregator Daşınmaz Əmlak elanları

Kub.az saytı bir çox elan saytlarını özündə birləşdirib. Bu sayta bir başa elan vermək mümkün deyil, lakin sayt digər saytlardakı elanları bir araya toplayır. Kub.az saytı vasitəsi ilə daha çox maklerlər bazara çıxarılan daşınmaz əmlak elanlarını axtarıb tapır. Saytda axtarış verdikdən sonra elanlara baxanda sayt sizi elanı dərc edən sayta yönlədirəcək.

Related Posts